Azərbaycan gömrükdə saxlanc, yükləmə-boşaltma xərclərini optimallaşdıracaq

Azərbaycan gömrükdə saxlanc, yükləmə-boşaltma xərclərini optimallaşdıracaq Dövlət Gömrük Komitəsi İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi ilə birlikdə idxal edilən və minimum istehlak səbətinin tərkibində ərzaq məhsullarına münasibətdə və konkret sahəni əhatə etməklə daxili istehsalda istifadə olunan aralıq məhsulların idxal
Biznes
21 fevral 2022 15:43
Azərbaycan gömrükdə saxlanc, yükləmə-boşaltma xərclərini optimallaşdıracaq

Dövlət Gömrük Komitəsi İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi ilə birlikdə idxal edilən və minimum istehlak səbətinin tərkibində ərzaq məhsullarına münasibətdə və konkret sahəni əhatə etməklə daxili istehsalda istifadə olunan aralıq məhsulların idxalına tətbiq edilən gömrük rüsumları və əlavə dəyər vergisi üzrə güzəştlərin verilməsinə, gömrükdə saxlanc və yükləmə-boşaltma xərclərinin optimallaşdırılmasına dair razılaşdırılmış təkliflərini 15 gün müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

"Report" xəbər verir ki, bu, Baş Nazir Əli Əsədovun imzaladığı "Antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında" sərəncamda öz əksini tapıb.

Məqsəd idxal inflyasiyasının təsirinin azaldılmasıdır.

Son xəbərlər

Orphus sistemi