Azərbaycan gömrükçüləri heroin qaçaqmalçılığının qarşısını alıb

Azərbaycan gömrükçüləri heroin qaçaqmalçılığının qarşısını alıb Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında Biləsuvar gömrük postunda İrandan piyada yolla gələn Azərbaycan vətəndaşları saxlanılıb və şifahi sorğu-sual olunublar.
Biznes
30 Dekabr , 2019 15:23
Azərbaycan gömrükçüləri heroin qaçaqmalçılığının qarşısını alıb

Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında Biləsuvar gömrük postunda İrandan piyada yolla gələn Azərbaycan vətəndaşları saxlanılıb və şifahi sorğu-sual olunublar.

“Report” bu barədə Komitəyə istinadən xəbər verir.

Məlumata görə, sorğu-sual zamanı hər iki şəxs üzərlərində gömrük nəzarətindən gizlədilən və mütləq bəyan olunmalı hər hansı predmetin, o cümlədən narkotik vasitə, psixotrop maddələrin olmadığını bildiriblər.

Daha sonra onların üzərlərində ayrı-ayrılıqda şəxsi yoxlama aparılıb. Şəxsi yoxlama zamanı vətəndaşların birinin üzərindən gömrük nəzarətindən gizlədilən, 3 ədəd sellofan bükümdə, ümumilikdəçəkisi 31 qram təşkil edən narkotik vasitə-heroin, 1 bükümdə isə çəkisi 6 qram təşkil edən ağ rəngli, kristal formada, psixotrop maddə-metamfetamin aşkarlanıb.

Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na daxildir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi