Azərbaycan gömrükçüləri 19 min dollar xarici valyuta müsadirə edib

Azərbaycan gömrükçüləri 19 min dollar xarici valyuta müsadirə edib Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsinə daxil olan məlumat əsasında xarici valyutanın qanunsuz olaraq ölkə ərazisindən çıxarılması cəhdinin qarşısı alınıb.
Biznes
8 iyul 2022 07:37
Azərbaycan gömrükçüləri 19 min dollar xarici valyuta müsadirə edib

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsinə daxil olan məlumat əsasında xarici valyutanın qanunsuz olaraq ölkə ərazisindən çıxarılması cəhdinin qarşısı alınıb.

Bu barədə "Report"a Dövlət Gömrük Komitəsindən bildirilib.

Məlumata görə, Azərbaycan istiqamətindən “Xanoba” gömrük postunun ixrac gömrük nəzarəti xəttinə daxil olan, həmin ölkə vətəndaşının idarə etdiyi “İveco” markalı yük avtomobilinə gömrük baxışı keçirilib. Sürücü avtomobildə 1000 ABŞ dolları və 58 000 Rus rublu olduğunu bəyan edib.

Yoxlama zamanı isə nəqliyyat vasitəsinin salonunda, sənədlər üçün nəzərdə tutulan çantanın içərisində gömrük nəzarətinə bəyan edilməyən 19 000 ABŞ dolları aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi