Azərbaycan gələn il martın 5-8-i Yaponiyanın paytaxtı Tokioda keçiriləcək "Foodex Japan 2024" beynəlxalq qida və içki sərgisində, martın 10-12-si isə Almaniyanın Düsseldorf şəhərində keçiriləcək "Prowein 2024" beynəlxalq şərab sərgisində iştirak edəcək.
“Report”un məlumatına görə, artıq bununla bağlı İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) hazırlıqlara başlayıb.
"Foodex Japan 2024" sərgisinin 60-dan çox ölkədən 2 500-dən çox şirkəti bir araya gətirməsi gözlənilir. “ProWein 2024” sərgisi isə şərabçılığa həsr olunmuş aparıcı ticarət yarmarkalarından biridir.