Azərbaycan gələn ay Şanxaya ixrac missiyası təşkil edəcək

Azərbaycan gələn ay Şanxaya ixrac missiyası təşkil edəcək İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) mayın 13-18-də Çinin Şanxay şəhərinə ixrac missiyasını təşkil edəcək.
Biznes
2 Aprel , 2019 10:16
Azərbaycan gələn ay Şanxaya ixrac missiyası təşkil edəcək

İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) mayın 13-18-də Çinin Şanxay şəhərinə ixrac missiyasını təşkil edəcək.

Bu barədə "Report"a nazirlikdən bildirilib. 

Məlumatına görə, artıq AZPROMO missiyada iştirak üçün sənəd qəbulu elan edib. Qida, həmçinin şərab və spirtli içkilər istehsalı ilə məşğul olan sahibkarlar fonda müraciət edə bilərlər.

İxracatçılar müsabiqə əsasında seçiləcək.

Son xəbərlər

Orphus sistemi