Azərbaycan Futzal Federasiyasının prezidenti daha bir şirkət yaradıb

Azərbaycan Futzal Federasiyasının prezidenti daha bir şirkət yaradıb İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Səmayə Logistic" MMC-ni dövlət qeydiyyatına alıb
Biznes
160
2 Mart , 2021 09:37
Azərbaycan Futzal Federasiyasının prezidenti daha bir şirkət yaradıb
Zaur Axundov

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Səmayə Logistic" MMC-ni dövlət qeydiyyatına alıb.

“Report” Nazirliyə istinadən xəbər verir ki, yeni şirkət dövlətə məxsus Bakı İdman Sarayının yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 26A ünvanında qeydiyyatdan keçib.

Kommersiya qurumunun nizamnamə kapitalı 1 milyon manat, qanuni təmsilçisi isə Vasib Böyükağa oğlu Zərbəliyevdir.

Xatırladaq ki, sözügedən ünvanda həm də Azərbaycan Futzal Federasiyasının prezidenti, eləcə də "Keşlə" Futbol Klubunun Müşahidə Şurasının sədri Zaur Axundovun şirkəti kimi tanınan "Səmayə Co LTD" MMC fəaliyyət göstərir. Bu şirkətin də direktoru V.Zərbəliyevdir.

Son xəbərlər

Orphus sistemi