Azərbaycan fevralda Pakistana ixrac missiyası göndərəcək

Azərbaycan fevralda Pakistana ixrac missiyası göndərəcək İxrac missiyasında iştirak etmək üçün ixracatçılar İqtisadiyyat Nazirliyinə müraciət etməlidir
Biznes
28 dekabr 2016 16:55
Azərbaycan fevralda Pakistana ixrac missiyası göndərəcək

Bakı. 28 dekabr. REPORT.AZ/ İqtisadiyyat Nazirliyi gələn il fevralın 8-11-də Pakistana ixrac missiyası təşkil edir.

Nazirlikdən “Report”a verilən xəbərə görə, ixrac missiyalarını əhatə edən sektorlar - meyvə-tərəvəz, təbii mineral sular, meyvə şirələri, şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları, pambıq, kimya və digər məhsullardır.

İxrac missiyasında iştirak etmək üçün ixracatçılar İqtisadiyyat Nazirliyinə müraciət etməlidir, iştirakçılar isə müsabiqə əsasında seçiləcək.

İqtisadiyyat Nazirliyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (“Azpromo”) təşkilatçılığı ilə müsabiqə gələn il yanvarın 26-da “Azpromo”da təşkil olunacaq.

İxracatçılar tələn olunan sənədləri yanvarın 16-dək “Azpromo”ya (Bakı Biznes Mərkəzi, Neftçilər pr-ti,32; e-mail: [email protected]; tel.: (+994 12) 598 01 47/48) təqdim etməlidir.

Son xəbərlər

Orphus sistemi