Azərbaycan ərazisindən keçəcək Çin-Almaniya yük qatarı yola çıxıb

Azərbaycan ərazisindən keçəcək Çin-Almaniya yük qatarı yola çıxıb Aprelin 13-də Çinin şimal-qərbindəki Şaansi əyalətinin paytaxtı Sian şəhərindən Almaniyanın Mannheim şəhərinə gedən yük qatarı yola çıxıb.
Biznes
14 Aprel , 2022 14:27
Azərbaycan ərazisindən keçəcək Çin-Almaniya yük qatarı yola çıxıb

Aprelin 13-də Çinin şimal-qərbindəki Şaansi əyalətinin paytaxtı Sian şəhərindən Almaniyanın Mannheim şəhərinə gedən yük qatarı yola çıxıb.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, qatar Qazaxıstan, Azərbaycan, Rumıniya, Macarıstan, Slovakiya və Çexiyanın ərazisindən keçəcək və ümumilikdə 11300 km məsafə qət edəcək. Onunla idman avadanlıqları, paltar və yataq dəstləri göndərilib.

“Yeni marşrut keçmişdə Çin-Avropa yük qatarını nadir hallarda görən ölkələri əhatə edir, yerli və beynəlxalq müəssisələr üçün yeni bazarlara çıxış imkanları açır. Bu marşrut həm də daxili və beynəlxalq ticarət-logistika müəssisələri üçün yeni nəqliyyat imkanları təqdim edir”,- deyə Sian Azad Ticarət Zonasının rezidenti olan şirkətlərdən birinin baş meneceri Yuan Xiaojun bildirib.

Xatırladaq ki, bu ilin I rübündə Siandan Avropaya 790 yük qatarı göndərilib.

Son xəbərlər

Orphus sistemi