Azərbaycan əczaçılıq məhsullarının idxalını 2 dəfəyə yaxın artırıb

Azərbaycan əczaçılıq məhsullarının idxalını 2 dəfəyə yaxın artırıb Əczaçılıq məhsullarının idxalı Azərbaycanın ümumi idxalının 5,03 %-ni təşkil edib
Biznes
20 Mart , 2021 10:43
Azərbaycan əczaçılıq məhsullarının idxalını 2 dəfəyə yaxın artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan 81 milyon ABŞ dolları dəyərində 5,2 min ton əczaçılıq məhsulları idxal edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 24,5 milyon ABŞ dolları (43,4 %) çox və 2,3 min ton (1,8 dəfə) çoxdur.

Hesabat dövründə əczaçılıq məhsullarının idxalı Azərbaycanın ümumi idxalının 5,03 %-ni təşkil edib.

Son xəbərlər

Orphus sistemi