Azərbaycan əczaçılıq məhsulları ixracından qazancını 5 dəfə artırıb

Azərbaycan əczaçılıq məhsulları ixracından qazancını 5 dəfə artırıb Bu ilin yanvar-avqust aylarında Azərbaycan 384,925 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib
Biznes
18 Sentyabr , 2021 09:54
Azərbaycan əczaçılıq məhsulları ixracından qazancını 5 dəfə artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 384,925 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 141,925 milyon ABŞ dolları (58,4 %) çoxdur.

Səkkiz ay ərzində Azərbaycanın əczaçılıq məhsulları ixracının dəyəri isə 2,464 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 1,977 milyon ABŞ dolları (5,1 dəfə) çoxdur.

Hesabat dövründə əczaçılıq məhsulları üzrə idxal Azərbaycanın ümumi idxalının 5,24 %-ni, ixrac isə ümumi ixracın 0,02 %-ni təşkil edib.

Son xəbərlər

Orphus sistemi