Azərbaycan Dünya İqtisadi Forumu ilə dayanıqlı biznes imkanlarının stimullaşdırılmasını müzakirə edib
Azərbaycan Dünya İqtisadi Forumu ilə dayanıqlı biznes imkanlarının stimullaşdırılmasını müzakirə edibAzərbaycan Dünya İqtisadi Forumu ilə dayanıqlı biznes imkanlarının stimullaşdırılması istiqamətində həyata keçirilən işləri müzakirə edib.
Azərbaycan Dünya İqtisadi Forumu ilə dayanıqlı biznes imkanlarının stimullaşdırılması istiqamətində həyata keçirilən işləri müzakirə edib.
“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir Davosda Dünya İqtisadi Forumunun idarəedici direktoru Mirek Duşek ilə görüş keçirib.
“Keçirdiyimiz görüşdə Azərbaycanın “yaşıl enerji” siyasətinə və iqlim dəyişikliyi ilə mübarizə təşəbbüslərinə fəal dəstəyini, geoiqtisadi çağırışlar fonunda ölkəmizdə dayanıqlı biznes imkanlarının stimullaşdırılması istiqamətində həyata keçirilən işləri və COP29 tədbirinə hazırlıq ərəfəsində gündəlikdə yer alan məsələləri müzakirə etdik”, - deyə M. Cabbarov qeyd edib.
Davos İqtisadi Forumu (@wef) çərçivəsində Dünya İqtisadi Forumunun idarəedici direktoru Mirek Duşek ilə keçirdiyimiz görüşdə #Azərbaycan-ın #yaşılenerji siyasətinə və #iqlimdəyişikliyi ilə mübarizə təşəbbüslərinə fəal dəstəyini, geoiqtisadi çağırışlar fonunda ölkəmizdə dayanıqlı… pic.twitter.com/cFa8QfNYzj