Azərbaycan “Doing Business” hesabatında 32 pillə irəliləyib - ƏLAVƏ OLUNUB

Azərbaycan “Doing Business” hesabatında 32 pillə irəliləyib - ƏLAVƏ OLUNUB İlk xəbər saat 17:05-də verilib
Biznes
2209
31 Oktyabr , 2018 17:12
Azərbaycan “Doing Business” hesabatında 32 pillə irəliləyib - ƏLAVƏ OLUNUB
0 : 00
0 : 00

İlk xəbər saat 17:05-də verilib

Bakı. 31 oktyabr. REPORT.AZ/ Dünya Bankı (DB) Qrupunun açıqladığı “Doing Business-2019” hesabatında Azərbaycan 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb.

“Report” xəbər verir ki, bununla da Azərbaycan ötən illə müqayisədə reytinqdə 32 pillə yüksəlib.

Qeyd edək ki, ötən il isə Azərbaycan əvvəlki ilə nisbətən 8 pillə irəliləyərək 57-ci yerdə qərarlaşmışdı.

***

Azərbaycanın da daxil olduğu Avropa və Mərkəzi Asiya regionunda ən yaxşı göstərici Gürcüstana məxsusdur. Belə ki, qonşu ölkə “Doing Business-2019” hesabatında 6-cı yerdə qərarlaşıb. Bununla yanaşı, Ermənistan 41-ci, Rusiya 31-ci, Qazaxıstan 28-ci, Türkiyə 43-cü, Ukrayna isə 71-ci yerə layiq görülüb.

Son xəbərlər

Orphus sistemi