Azərbaycan dərman idxalını 2 dəfəyə yaxın artırıb

Azərbaycan dərman idxalını 2 dəfəyə yaxın artırıb Bu ilin yanvar-fevral aylarında Azərbaycan 5,2 min ton əczaçılıq məhsulu idxal edib
Biznes
16 Mart , 2021 15:46
Azərbaycan dərman idxalını 2 dəfəyə yaxın artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan 81 milyon ABŞ dolları dəyərində 5,2 min ton əczaçılıq məhsulu idxal edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 24,5 milyon ABŞ dolları (43,4 %) və 2,3 min ton (1,8 dəfə) çoxdur.

Hesabat dövründə əczaçılıq məhsulları idxalı Azərbaycanın ümumi idxalının 5 %-ni təşkil edib.

Son xəbərlər

Orphus sistemi