Azərbaycan daha bir məhsulun ixracına başlayır

Azərbaycan daha bir məhsulun ixracına başlayır İsrailin ən böyük biyan kökü və ekstraktı idxalçısı “F&C Licorice Group” şirkətinin nümayəndələri Bakıda səfərdə olub.
Biznes
24 İyun , 2019 11:57
Azərbaycan daha bir məhsulun ixracına başlayır

İsrailin ən böyük biyan kökü və ekstraktı idxalçısı “F&C Licorice Group” şirkətinin nümayəndələri Bakıda səfərdə olub. 

“Report” bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir. 

Məlumata görə, səfər “Azexport” portalının dəvəti ilə reallaşıb. Portalın meneceri Ayxan Qədəşov bildirib ki, görüşdə Azərbaycandan növbəti mövsüm illik müqavilə üzrə 2,5-3 min ton yüksək keyfiyyətli biyan məhsulunun İsrailə ixrac olunması haqqında ilkin razılıq əldə olunub. Həmçinin, İsrail nümayəndələrinə Azərbaycanın münbit investisiya mühiti barədə məlumatlar, eləcə də, gələcəkdə birgə əməkdaşlıq çərçivəsində biyan kökü qəbulu və emalı məntəqələrinin yaradılması üçün təkliflər təqdim olunub.

 Azərbaycanda il ərzində oxratoksin A göstəricisi 20-dən aşağı olan 6-7 min ton qurudulmuş və preslənmiş yüksək keyfiyyətli biyan kökü məhsulu əldə olunur. Məhsul əsasən Çin, Sinqapur, Hindistan, İsrail, İran kimi ölkələrə ixrac olunmaqla yanaşı, daxili tələbatın ödənilməsi məqsədi ilə də istifadə olunur.

“Azexport” portalı sadalanan texniki və keyfiyyət göstəricilərinə uyğun gələn biyan kökü məhsulunun ixracında maraqlı olan sahibkarlara müraciət edərək bildirir ki, “Azexport” portalı vasitəsi ilə “F&C Licorice Group” və digər aidiyyəti beynəlxalq şirkətlərin əlaqə vasitələrini əldə edə bilərlər.

Son xəbərlər

Orphus sistemi