Azərbaycan Çinin daha bir şəhərində şərab evi açır

Azərbaycan Çinin daha bir şəhərində şərab evi açır Bakı. 6 sentyabr. REPORT.AZ/ “Azərbaycan üçün qeyri-neft məhsullarının ixrac coğrafiyasının genişləndirilməsi vacib məsələlərdən biridir”.
Biznes
6 Sentyabr , 2018 11:50
Azərbaycan Çinin daha bir şəhərində şərab evi açır

Bakı. 6 sentyabr. REPORT.AZ/ “Azərbaycan üçün qeyri-neft məhsullarının ixrac coğrafiyasının genişləndirilməsi vacib məsələlərdən biridir”.

“Report” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifəsini icra edən Yusif Abdullayev deyib.

O, bu barədə Çinə təşkil edilmiş ixrac missiyası və Azərbaycanın iştirak etdiyi sərgilər nəticəsində əldə edilmiş razılıqlara dair mətbuat konfransında danışıb.

Y.Abdullayevin sözlərinə görə, sentyabrın 28-də Çinin Lucou şəhərində Azərbaycan pavilyonun açılması nəzərdə tutulur.

“Noyabrda isə Çinin Şanxay şəhərində idxal sərgisində iştirak edəcəyik. Bu sərgi çərçivəsində Azərbaycanın Şabxayda şərab evinin açılması planlaşdırılır”, - o qeyd edib.

Xatırladaq ki, Azərbaycan Çində ilk şərab evini sentyabrın 2-də ölkənin Urumçu şəhərində açıb. 

Son xəbərlər

Orphus sistemi