Azərbaycan bu ilin ilk 5 ayında xaricə 97 mln. dollarlıq tomat satıb - ƏLAVƏ OLUNUB

Azərbaycan bu ilin ilk 5 ayında xaricə 97 mln. dollarlıq tomat satıb - ƏLAVƏ OLUNUB İlk xəbər saat 11:24-də verilib
Biznes
3 İyul , 2018 11:36
Azərbaycan bu ilin ilk 5 ayında xaricə 97 mln. dollarlıq tomat satıb - ƏLAVƏ OLUNUB
0 : 00
0 : 00

İlk xəbər saat 11:24-də verilib

Bakı. 3 iyul. REPORT.AZ/ Bu ilin yanvar-may aylarında Azərbaycan qeyri-neft sektoru üzrə ixracı illik müayisədə 20% artırıb. 

"Report" xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) departament rəhbəri Ramin Hüseyn deyib. 

Onun sözlərinə görə, hesabat dövründə Azərbaycandan 667,5 mln. ABŞ dolları dəyərində qeyri-neft məhsulu ixrac olunub: "Rusiyaya 223 mln. dollar, Türkiyəyə 154,3 mln. dollar, Gürcüstana 69,9 mln. dollar, İsveçrəyə 56,5 mln. dollar, Çinə 19,1 mln. dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib. Xaricə ən çox satılmış məhsul 96,8 mln. dollar dəyəri olan tomat olub. Bu ilin ilk 5 ayında pomidor ixracı dəyər baxımdan 21%, həcm baxımından isə 15% artıb".

***

R.Hüseyn həmçinin deyib ki, mayda İİTKM-nin "Azexport" portalına 27,7 mln. dollarlıq ixrac sifariş daxil olub. İlin ilk 5 ayında daxil olmuş ixrac sifarişlərinin dəyəri isə 95 ölkə üzrə 725,2 mln. dollar təşkil edib. 

Son xəbərlər

Orphus sistemi