Azərbaycan bu il Türkiyənin bir neçə şəhərində "Investment roadshow" keçirəcək

Azərbaycan bu il Türkiyənin bir neçə şəhərində "Investment roadshow" keçirəcək 2022-ci ilin payızında Türkiyənin bir neçə şəhərində "Investment roadshow"un keçirilməsi planlaşdırılır.
Biznes
6 İyul , 2022 13:22
Azərbaycan bu il Türkiyənin bir neçə şəhərində Investment roadshow keçirəcək

Bu ilin payızında Türkiyənin bir neçə şəhərində "Investment roadshow"un keçirilməsi planlaşdırılır.

"Report" xəbər verir ki, bunu bu gün Bakıda keçirilən Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlığa həsr olunmuş Caspian Energy Forumun xüsusi sessiyasında çıxış edən Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) rəhbəri Yusif Abdullayev bildirib.

Y.Abdullayev bu tədbirin uğurla baş tutması üçün Türkiyədən olan iş adamlarından dəstək istəyib: "Hesab edirəm ki, burada olan tərəfdaşlarımız da bizə bu məsələdə dəstək verə bilərlər və əminik ki, bu məsələdə aktiv olacaqlar".

Son xəbərlər

Orphus sistemi