Azərbaycan bu il Başqırdıstanın əsas taxta idxalçısı olub

Azərbaycan bu il Başqırdıstanın əsas taxta idxalçısı olub Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") Başqırdıstan Respublikası üzrə idarəsi, bu ilin I yarısında bölgədən 73,202 min kubmetr taxtanın ixracına nəzarət edib.
Biznes
23 iyul 2022 07:22
Azərbaycan bu il Başqırdıstanın əsas taxta idxalçısı olub

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") Başqırdıstan Respublikası üzrə idarəsi, bu ilin I yarısında bölgədən 73,202 min kubmetr taxtanın ixracına nəzarət edib.

"Report" bu barədə "Rosselxoznadzor"a istinadən xəbər verir.

Məlumata görə, bitki karantin şöbəsinin mütəxəssisləri emal olunmuş taxta məhsulları üçün 1 944 fitosanitar sertifikatı verib.

Məhsulların əsas idxalçıları Azərbaycan, Ermənistan, Əfqanıstan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Vyetnam, Özbəkistan, Estoniya olub.

Bölgənin ağac emalı müəssisələrinin məhsulları idxalçı ölkələrin fitosanitar təhlükəsizlik tələblərinə uyğun olub

Son xəbərlər

Orphus sistemi