Azərbaycan bölgədə yeni işbirliyi platforması yaratmağı təklif edib

Azərbaycan bölgədə yeni işbirliyi platforması yaratmağı təklif edib "Əməkdaşlığımız üçün yeni imkanlar açacaq”
Biznes
19 Fevral , 2021 18:28
Azərbaycan bölgədə yeni işbirliyi platforması yaratmağı təklif edib

“2023-cü ilə qədər Azərbaycan ilə Türkiyə arasında ticarət dövriyyəsini 15 milyard ABŞ dollarına çatdırmaq iş adamlarımızdan aslıdır. Biz də bunun üçün lazım olan hər şeyi edəcəyik”.

“Report” xəbər verir ki, bunu baş nazir Əli Əsədov bu gün Türkiyə-Azərbaycan Birgə İqtisadi Komissiyasının iclasından sonra deyib.

Onun sözlərinə görə, Azərbaycan bölgədə yeni işbirliyi platforması yaratmağı təklif edib: “Bu çoxtərəfli platforma gələcək üçün böyük perspektivlər təklif edir. Bütün bölgə ölkələri üçün faydalı olacaq".

Əli Əsədov qeyd edib ki, iclasın nəticələri münasibətlərimizin inkişafına təkan verəcək: "Əməkdaşlığımız üçün yeni imkanlar açacaq”.

Son xəbərlər

Orphus sistemi