Azərbaycan BMT-yə hesabat təqdim edəcək

Azərbaycan BMT-yə hesabat təqdim edəcək Bakı. 12 iyun. REPORT.AZ/ Azərbaycan BMT ilə sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində bir sıra mühüm sənədlər imzalanıb.
Biznes
12 İyun , 2018 15:39
Azərbaycan BMT-yə hesabat təqdim edəcək
0 : 00
0 : 00

Bakı. 12 iyun. REPORT.AZ/ "Azərbaycan BMT ilə sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində bir sıra mühüm sənədlər imzalanıb". 

"Report" xəbər verir ki, bunu BMT - Azərbaycan tərəfdaşlığı çərçivəsində İstiqamətləndirici Komitənin iclasında iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib.

O, Azərbaycanın BMT-nin beynəlxalq çağırışlarına qoşulduğunu xatırladıb: "Növbəti il Azərbaycan BMT-yə hesabatını təqdim edəcək. Bu könüllü milli hesabatdır və BMT-nin yüksəksəviyyəli siyasi forumu üçün olacaq. "2016-2020-ci illərdə BMT- Azərbaycan Tərəfdaşlıq Çərçivəsi Sənədi" ilə münasibətlər yeni mərhələyə qədəm qoyub. Bu sənədə əsasən, BMT-nin 72 mln. dollar vəsait ayırması gözlənilir. Bunun 18 mln. dolları bu il cəlb ediləcək". 

Son xəbərlər

Orphus sistemi