Azərbaycan biznesmenləri ABŞ-da keçiriləcək sərmayə sammitinə dəvət olunub

Azərbaycan biznesmenləri ABŞ-da keçiriləcək sərmayə sammitinə dəvət olunub Sammit iyunun 8-dən 20-dək davam edəcək
Biznes
31 yanvar 2017 12:55
Azərbaycan biznesmenləri ABŞ-da keçiriləcək sərmayə sammitinə dəvət olunub

Bakı. 31 yanvar. REPORT.AZ/ ABŞ-ın paytaxtı Vaşinqton şəhərində “Select USA” adlı IV Sərmayə Sammiti təşkil ediləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (“Azpromo”) “Report”a verilən məlumata görə, ABŞ-ın Ticarət və Dövlət departamentlərinin dəstəyi ilə keçiriləcək sammit iyunun 18-dən 20-dək davam edəcək.

Azərbaycanda fəaliyyət göstərən sahibkarlar sammitdə iştirak etməyə dəvət olunub. Tədbirdə iştirak etməkdə maraqlı olan yerli iş adamları ətraflı məlumat almaq üçün “Azpromo”ya müraciət edə bilərlər.

Qeyd edək ki, 2011-ci ildə Barak Obamanın təşəbbüsü ilə təsis edilən “Select USA” ABŞ-da iqtisadi artıma nail olunması və rəqabətliliyin artırılması məqsədilə ölkəyə birbaşa xarici sərmayə qoyuluşlarının təşviqinə xidmət edir.

Son xəbərlər

Orphus sistemi