Azərbaycan beynəlxalq reytinqlərdə irəliləməsi təcrübəsini bölüşəcək

Azərbaycan beynəlxalq reytinqlərdə irəliləməsi təcrübəsini bölüşəcək Tədbirdə Özbəkistanın dövlət qurumlarının rəhbər şəxsləri, BMT başda olmaqla beynəlxalq təşkilatların nümayəndələri və dünyada tanınmış iqtisadçıların iştirakı planlaşdırılır.
Biznes
23 Noyabr , 2020 11:17
Azərbaycan beynəlxalq reytinqlərdə irəliləməsi təcrübəsini bölüşəcək

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı “Özbəkistanda islahatların inkişafının ölçülməsi: Beynəlxalq reytinqlər və indekslər” mövzusunda beynəlxalq konfransda açılış panelində iştirak edəcək.

Bu barədə “Report”a qurumdan bildirilib.

Məlumata görə, V.Qasımlı Prezident İlham Əliyevin rəhbərliyilə Azərbaycanda yaradılan iqtisadi islahatların idarə edilməsi modeli barədə çıxış edəcək. İİTKM-in üç əsas fəaliyyət istiqaməti - iqtisadi təhlil, monitorinq və qiymətləndirmə, islahatların və iqtisadi nailiyyətlərin kommunikasiyası arasında funksionallıq barədə təqdimat olunacaq. Xüsusilə də konfrans iştirakçıları ilə Azərbaycanın beynəlxalq reytinqlərdə irəliləməsi və beynəlxalq qurumlarla əməkdaşlıq, həmçinin dövlət-özəl dialoqu əsasında islahatların dizaynı, qəbulu, realizasiyası və qiymətləndirilməsi barədə təcrübə bölüşdürüləcək.

Tədbirdə Özbəkistanın dövlət qurumlarının rəhbər şəxsləri, BMT başda olmaqla beynəlxalq təşkilatların nümayəndələri və dünyada tanınmış iqtisadçıların iştirakı planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi