Azərbaycan-BƏƏ Birgə Hökumətlərarası Komissiyasının iclası keçiriləcək

Azərbaycan-BƏƏ Birgə Hökumətlərarası Komissiyasının iclası keçiriləcək Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iqtisadiyyat naziri Abdulla Bin Touq Al Marrinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüş keçirilib.
Biznes
24 İyun , 2021 10:38
Azərbaycan-BƏƏ Birgə Hökumətlərarası Komissiyasının iclası keçiriləcək

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iqtisadiyyat naziri Abdulla Bin Touq Al Marrinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüş keçirilib.

Bu barədə "Report"a İqtisadiyyat Nazirliyindən bildirilib.

Məlumata görə, görüşdə bildirilib ki, qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslanan Azərbaycan-BƏƏ əlaqələri yüksək səviyyədədir. BƏƏ iqtisadi sahədə uğurlu əməkdaşlıq həyata keçirildiyini qeyd edən azərbaycanlı nazir qarşılıqlı ticarətin əməkdaşlığın əsas istiqamətlərindən olduğunu, bu ilin yanvar-may aylarında ticarət dövriyyəsinin 41%, ixracın isə 40% artığını diqqətə çatdırıb. Ölkələrimiz arasında ticarət və investisiya sahəsində əməkdaşlığın inkişafı üçün bir sıra mexanizmlər tətbiq olunur, Azərbaycanın BƏƏ-də ticarət nümayəndəsi və Dubayda Ticarət Evi fəaliyyət göstərir. Ölkəmiz BƏƏ-də təşkil edilən investisiya forumlarının fəal iştirakçılarındandır.

Görüşdə Azərbaycan-BƏƏ Birgə Hökumətlərarası Komissiyasının iqtisadi tərəfdaşlığın inkişafında səmərəli rolu qeyd edilib və qısa müddətdə Komissiyanın növbəti iclasının keçirilməsi barədə razılığa gəlinib.

M.Cabbarov rəqəmsal iqtisadiyyat, nəqliyyat-tranzit, alternativ enerji, kiçik və orta biznes, aqrar, turizm və s. sahələr üzrə əməkdaşlıq imkanlarını diqqətə çatdırıb, Birləşmiş Ərəb Əmirliklərinin iş adamlarını Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühitindən yararlanmağa, sənaye zonalarına investisiya yatırmağa dəvət edib. Bildirilib ki, hər iki ölkənin Dördüncü Sənaye İnqilabı Mərkəzləri şəbəkəsinə qoşulması bu sahədə əməkdaşlıq üçün yeni perspektivlər açır.

Azərbaycana səfərindən məmnunluğunu ifadə edən A.Marri ölkəmizlə bir sıra sahələrdə uğurlu tərəfdaşlığı vurğulayıb, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi potensialı barədə fikirlərini bölüşüb.

Son xəbərlər

Orphus sistemi