Azərbaycan avtomobil idxalını 5 dəfə azaldıb

Azərbaycan avtomobil idxalını 5 dəfə azaldıb Ötən il ölkəyə 4 991 ədəd minik avtomobili gətirilib
Biznes
17 Yanvar , 2017 11:42
Azərbaycan avtomobil idxalını 5 dəfə azaldıb

Bakı. 17 yanvar. REPORT.AZ/ Ötən il ərzində Azərbaycana 5 746 ədəd avtomobil idxal olunub ki, bu da illik müqayisədə 4,66 dəfə azalma deməkdir.

"Report" bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı 4,76 dəfə azalaraq 4 991 ədəd, sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərədə tutulmuş motorlu nəqlyyat vasitələri - 8,5 dəfə azalaraq 96 ədəd, yük daşımaq üçün motorlu nəqliyyat vasitələri - 3,4 dəfə azalaraq 571 ədəd, xüsusi təyinatlı motorlu nəqliyyat vasitələri - 2,76 dəfə azalaraq 88 ədəd təşkil edib.

Son xəbərlər

Orphus sistemi