Azərbaycan avtomobil idxalını 5% artırıb

Azərbaycan avtomobil idxalını 5% artırıb Bu ilin ilk rübündə Azərbaycana xaricdən 1 431 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub
Biznes
13 aprel 2017 12:10
Azərbaycan avtomobil idxalını 5% artırıb

Bakı. 13 aprel. REPORT.AZ/ Bu ilin yanvar-mart aylarında Azərbaycana xaricdən 1 431 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 69 ədəd və yaxud 5,1% çoxdur.

Hesabat dövründə sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 6 ədəd və yaxud 31,5% artaraq 25-ə, əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobillərinin və digər motorlu nəqliyyat vasitələrinin idxalı 50 ədəd və yaxud 4% azalaraq 1 185-ə, yük daşımaq üçün motorlu nəqliyyat vasitələrinin idxalı 2 dəfə artaraq 197-yə, xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 2,4 dəfə artaraq 26-ya çatıb. 

Son xəbərlər

Orphus sistemi