Azərbaycan avtomobil idxalını 26% artırıb

Azərbaycan avtomobil idxalını 26% artırıb Bu ilin yanvar-may aylarında Azərbaycana 241,3 milyon ABŞ dolları dəyərində 19 678 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.
Biznes
140
16 İyun , 2020 15:04
Azərbaycan avtomobil idxalını 26% artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycana 241,3 milyon ABŞ dolları dəyərində 19 678 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4 093 ədəd və yaxud 26,3% çoxdur.

Son 1 ildə sürücü daxil olmaqla 10 nəfər və yaxud daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 1 ədəd və yaxud 1,4% artaraq 71 ədəd (7,5 milyon ABŞ dolları dəyərində), əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı 4 255 ədəd və yaxud 30% artaraq 18 425 ədəd (203,8 milyon ABŞ dolları dəyərində) təşkil edib.

Bu avtomobillərin 1 771-i (10,2 milyon ABŞ dolları dəyərində) daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 81-i (4,2 milyon ABŞ dolları dəyərində) isə yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir.

Bundan əlavə, yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələrinin idxalı 160 ədəd və yaxud 12,6% azalaraq 1 114 ədəd (17,9 milyon ABŞ dolları dəyərində), xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 3 ədəd və yaxud 4,2% azalaraq 68 ədəd (12,1 milyon ABŞ dolları dəyərində) olub.

Son xəbərlər

Orphus sistemi