Azərbaycan avtomobil idxalını 25% artırıb

Azərbaycan avtomobil idxalını 25% artırıb Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 462 mln 654,06 min ABŞ dolları dəyərində 38 632 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.
Biznes
20 Oktyabr , 2020 11:10
Azərbaycan avtomobil idxalını 25% artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 462,65 milyon ABŞ dolları dəyərində 38 632 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7 724 ədəd və yaxud 25% çoxdur.

Son 1 ildə sürücü daxil olmaqla 10 nəfər və yaxud daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 242 ədəd və yaxud 65,2% azalaraq 129 ədəd (11,6 milyon ABŞ dolları dəyərində), əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı 8 211 ədəd və yaxud 29,5% artaraq 36 036 ədəd (401,7 milyon ABŞ dolları dəyərində) təşkil edib.

Bu avtomobillərin 3 678-i (20,9 milyon ABŞ dolları dəyərində) daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 142-i (8 milyon ABŞ dolları dəyərində) isə yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir.

Bundan əlavə, yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələrinin idxalı 220 ədəd və yaxud 8,5% azalaraq 2 377 ədəd (35,1 milyon ABŞ dolları dəyərində), xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 25 ədəd və yaxud 21,7% azalaraq 90 ədəd (14,2 milyon ABŞ dolları dəyərində) olub.

Son xəbərlər

Orphus sistemi