Azərbaycan Avropa İttifaqına məhsul ixracını asanlaşdıran qanun qəbul edəcək

Azərbaycan Avropa İttifaqına məhsul ixracını asanlaşdıran qanun qəbul edəcək "Avropa İttifaqına məhsul ixracına qoyulan qaydalar, tələblər çox yüksəkdir. Bu qaydalar Avropa İttifaqına ixrac etmək istəyən üzv olan ölkələr üçün də çətindi".
Biznes
4 Sentyabr , 2021 12:31
Azərbaycan Avropa İttifaqına məhsul ixracını asanlaşdıran qanun qəbul edəcək

"Avropa İttifaqına məhsul ixracına qoyulan qaydalar, tələblər çox yüksəkdir. Bu qaydalar Avropa İttifaqına ixrac etmək istəyən üzv olan ölkələr üçün də çətindir".

"Report" xəbər verir ki, bunu Avropa İttifaqının layihə rəhbəri Rayner Frönd Azərbaycanın Aİ ölkələrinə heyvan mənşəli məhsul ixracı ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu, gələcək üçün layihədir: "Əgər hökumətin və istehsalçıların bu istiqamətdə işləmək istəyi varsa, onda bu mümkündür: "Avropa İttifaqına ixracla bağlı yüksək səviyyəli tənzimləmə, standartlar müəyyən edilib".

O əlavə edib ki, hazırda Avropa İttifaqı Qida Təhlükəsizliyi Agentliyi ilə bu səpkidə çalışır: "Azərbaycan standartlarının Avropa standartlarına uyğunlaşdırılması istiqamətində çalışırıq. Azərbaycan tərəfindən yeni qanunun qəbulu gözlənilir".

O xatırladıb ki, hazırda Azərbaycan Avropa İttifaqına bir sıra məhsullar (fındıq, bəzi meyvələr, qurbağa ayaqları, ilbizlər, kürü) ixrac edir: "Hər il Azərbaycanda olan şirkətlər Avropa İttifaqına məhsul ixracı istiqamətində müraciət edirlər. Lakin bu uzun və davamlı prosesdir. Hər kəs ixracla bağlı danışır, ancaq yerli, daxili bazar da önəmlidir".

Qeyd edək ki, bu gün Şəkidə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və İqtisadi və Sosial İnkişaf Mərkəzi, “Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzi və Bolqarıstanın İqtisadi İnkişaf Mərkəzi tərəfindən icra olunan “Məsləhət xidmətləri vasitəsilə aqroturizm, aqrobiznes sahibkarlığın və ərzaq məhsullarının istehsalının təşviqi və yeni dəyər zəncirlərinin yaradılması və inkişafı” layihəsi çərçivəsində Qida Festivalı keçirilir.

Son xəbərlər

Orphus sistemi