Bu ilin yanvar-iyun aylarında Türkiyənin paytaxtı Ankaradan Azərbaycana 126,95 milyon ABŞ dolları dəyərində məhsul ixrac olunub.
“Report” xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 17,6 % çoxdur.
Təkcə iyunda isə Ankaradan ölkəmizə 21,8 milyon ABŞ dolları dəyərində məhsul gətirilib ki, bu da illik müqayisədə 14,9 % çoxdur.