Azərbaycan alkoqollu içkilər idxalına çəkdiyi xərci 18 % artırıb

Azərbaycan alkoqollu içkilər idxalına çəkdiyi xərci 18 % artırıb Bu ilin yanvar-avqust aylarında Azərbaycan 51,408 milyon ABŞ dolları dəyərində alkoqollu və alkoqolsuz içkilər və sirkə idxal edib.
Biznes
18 Sentyabr , 2021 12:53
Azərbaycan alkoqollu içkilər idxalına çəkdiyi xərci 18 % artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 51,408 milyon ABŞ dolları dəyərində alkoqollu və alkoqolsuz içkilər və sirkə idxal edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,779 milyon ABŞ dolları (17,8 %) çoxdur.

Səkkiz ay ərzində Azərbaycanın alkoqollu və alkoqolsuz içkilər və sirkə ixracının dəyəri isə 8,902 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 0,531 milyon ABŞ dolları (6,3 %) çoxdur.

Hesabat dövründə alkoqollu və alkoqolsuz içkilər və sirkə üzrə idxal Azərbaycanın ümumi idxalının 0,7 %-ni, ixrac isə ümumi ixracın 0,07 %-ni təşkil edib.

Son xəbərlər

Orphus sistemi