Azərbaycan-Aİ biznes-forumuna maraq artıb

Azərbaycan-Aİ biznes-forumuna maraq artıb Bakı. 23 may. REPORT.AZ/ İyunun 5-də Bakıda keçiriləcək Azərbaycan-Avropa İttifaqı (Aİ) biznes-forumunda iştirak edəcək şirkətlərin sayı ötən illə müqayisədə çox olacaq.
Biznes
23 May , 2018 15:13
Azərbaycan-Aİ biznes-forumuna maraq artıb
Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas / Report/ Elshan Baba
0 : 00
0 : 00

Bakı. 23 may. REPORT.AZ/ İyunun 5-də Bakıda keçiriləcək Azərbaycan-Avropa İttifaqı (Aİ) biznes-forumunda iştirak edəcək şirkətlərin sayı ötən illə müqayisədə çox olacaq. 

"Report" xəbər verir ki, bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas deyib.

Onun sözlərinə görə, 2017-ci ildə keçirilmiş eyni tədbirdə 400 şirkət iştirak edib. Bu il isə 500-dən çox şirkət artıq iştirakını təsdiqləyib. 

"Bu il xüsusilə Azərbaycanda fəaliyyət göstərən Aİ ölkələrinə məxsus şirkətlərin sayı çoxalıb. Biznes-forumda iştirak üçün qeydiyyat hələ başa çatmayıb. İştirakçıların sayı arta bilər", - deyə o qeyd edib. 

Qeyd edək ki, tədbirdə iqtisadiyyatın şaxələndirilməsi və bunun üçün həyata keçirilən iqtisadi islahatlar əsas müzakirə mövzularından biri olacaq. Biznes-forum, əsasən, 4 sahəyə fokuslanacaq: kənd təsərrüfatı və ərzaq; tikinti və avadanlıqlar; nəqliyyat və logistika; informasiya texnologiyaları.

Son xəbərlər

Orphus sistemi