Bu il yanvar-iyul aylarında Azərbaycan (Naxçıvan MR) Türkiyənin Cənub-Şərqi Anadolu bölgəsindən 45,218 milyon ABŞ dolları dəyərində mal idxal edib.
“Report” bu barədə Cənub-Şərqi Anadolu Taxıl, Paxlalılar, Yağlı Toxumlar və Emal Məhsulları İxracatçıları Birliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 15 % çoxdur.
Hesabat dövründə bölgədən ümumilikdə 6 473,97 milyon dollarlıq məhsul ixrac edilib ki, bu da illik müqayisədə 6 % azdır.
7 ayda Cənub-Şərqi Anadolu bölgəsindən ən böyük ixrac Yaxın Şərq ölkələrinə (2 milyard 530,344 milyon ABŞ dolları; 7 % az) həyata keçirilib. Onu Avropa İttifaqı ölkələri (1 008,345 milyon ABŞ dolları; 15 % az) və Amerika qitəsi ölkələri (967,443 milyon ABŞ dolları; 18 % çox) izləyib.