Bu il yanvar-may aylarında Azərbaycan (Naxçıvan MR) Türkiyənin Cənub-Şərqi Anadolu bölgəsindən 8,276 milyon ABŞ dolları dəyərində tekstil məhsulları idxal edib.
“Report” bu barədə Cənub-Şərqi Anadolu İxracatçıları Birliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 32,9 % çoxdur.
Hesabat dövründə bölgədən digər xarici ölkələrə ümumilikdə 1 milyard 245,846 milyon dollarlıq tekstil məhsul ixrac edilib ki, bu da illik müqayisədə 16,6 % azdır.
5 ayda Cənub-Şərqi Anadolu bölgəsindən ən böyük tekstil məhsulları ixracı Avropa İttifaqı (Aİ) ölkələrinə (365,604 milyon ABŞ dolları; 30,3 % az) həyata keçirilib. Onu Yaxın Şərq ölkələri (302,674 milyon ABŞ dolları; illik müqayisədə 6,9 % az) və digər Avropa ölkələri (126,343 milyon ABŞ dolları; 4,5 % az) izləyib.
Xatırladaq ki, bu il yanvar-may aylarında Azərbaycan (Naxçıvan MR) Türkiyənin Cənub-Şərqi Anadolu bölgəsindən 34,071 milyon ABŞ dolları dəyərində mal idxal edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19,1 % çoxdur.