"Azəraqrartikinti"nin fəaliyyətinin yekunları müzakirə ediləcək

"Azəraqrartikinti"nin fəaliyyətinin yekunları müzakirə ediləcək ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb
Biznes
5 Noyabr , 2016 09:01
Azəraqrartikintinin fəaliyyətinin yekunları müzakirə ediləcək

Bakı. 5 noyabr. REPORT.AZ/ Dekabrın 22-də, saat 12:00-da "Azəraqrartikinti" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. "Report" xəbər verir ki, bu barədə müəssisənin Müşahidə Şurasına istinadən rəsmi mətbuatda məlumat verilib.

Yığıncaq Cəmiyyətin Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi, 93 ünvanında yerləşən inzibati binasında baş tutacaq. Yığıncağın gündəliyinə ASC-nin İdarə Heyətinin, maliyyə-təftiş komissiyasının hesabatı əsasında onun fəaliyyətinin yekunlarının müzakirə edilməsi, balansının təsdiq olunması və digər məsələlər daxildir.

Səhmdarların qeydiyyatına yığıncaqdan 2 saat öncə başlanılacaq.

Xatırladaq ki, "Azəraqrartikinti" 1961-ci ildən fəaliyyət göstərən "Başkolxozlararasıtikinti” İdarəsinin bazasında 1998-ci ildə yaradılıb.Onun nizamnamə kapitalı 11 229 400 manatdır. 

Son xəbərlər

Orphus sistemi