“Azər-Maya” ASC ötən maliyyə ilinin yekunlarını müzakirə edəcək

“Azər-Maya” ASC ötən maliyyə ilinin yekunlarını müzakirə edəcək Bu, iyunda keçiriləcək illik ümumi yığıncaqda baş tutacaq
Biznes
13 May , 2017 09:12
“Azər-Maya” ASC ötən maliyyə ilinin yekunlarını müzakirə edəcək

Bakı. 13 may. REPORT.AZ/ “Azər-Maya” ASC səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək. 

"Report"un dövrü mətbuata istinadən verdiyi məlumata görə, “Azər-Maya” ASC səhmdarlarının illik ümumi yığıncağı iyunun 29-da saat 10:00-da olacaq.

Gündəlikdəki məsələlərə 2016-cı maliyyə-təsərrüfat ilinin yekunlarının təhlili daxildir. 

Qeyd edilir ki, iclasda səhmdarların iştirakı vacibdir. Toplantı Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi, Dağlıq küçəsi, 3105-ci məhəllə ünvanında keçiriləcək.

Son xəbərlər

Orphus sistemi