AZAL sərnişinlərə bilet alışı ilə bağlı müraciət edib

AZAL sərnişinlərə bilet alışı ilə bağlı müraciət edib Xəbər verildiyi kimi, bu gün Azərbaycan Hava Yolları QSC (AZAL) Bakı-İstanbul-Bakı reysinə biletlərin satışına başlayıb.
Biznes
4311
26 İyun , 2020 22:47
AZAL sərnişinlərə bilet alışı ilə bağlı müraciət edib

Xəbər verildiyi kimi, bu gün "Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı-İstanbul-Bakı reysinə biletlərin satışına başlayıb.

AZAL-dan "Report"a verilən məlumata görə, sosial şəbəkələrdə bəzi saytlar tərəfindən biletlərin baha qiymətinin əks olunduğu şəkillərin yayılmasına təəssüf ifadə edilib:

"Rəsmi olaraq bildiririk ki, İstanbul-Bakı istiqamətində AZAL aviaşirkətinin ekonom sinif üzrə biletin qiyməti 374 manat təşkil edir.

Bundan əlavə xaricdə təhsil alan Azərbaycanlı tələbələr üçün İstanbul-Bakı reyslərində AZAL aviabiletlərə 30% endirim təqdim edir.

AZAL sərnişinlərinə bilet alarkən aviaşirkətin rəsmi saytından istifadə etməyi, biletlərin qiyməti ilə bağlı təxribatlara və qeyri-dəqiq məlumatlara uymamağı tövsiyə edir. Bəzi hallarda biznes-sinif biletlərinin qiyməti bilərəkdən ekonom sinif biletinin qiyməti kimi göstərilmişdir.

Yuxarıda göstərilənləri nəzərə alaraq, aviaşirkət təxribatçı hərəkətləri, yəni bilərəkdən qeyri-dəqiq sosial əhəmiyyət daşıyan məlumatların yayılmasını araşdırmaq üçün hüquq-mühafizə orqanlarına müraciət etmək hüququnu özündə saxlayır".

Son xəbərlər

Orphus sistemi