AZAL qanvermə aksiyasına qoşulub

AZAL qanvermə aksiyasına qoşulub Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə başlanan qanvermə aksiyasına qoşulub.
Biznes
24 Aprel , 2020 10:56
AZAL qanvermə aksiyasına qoşulub

Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə başlanan qanvermə aksiyasına qoşulub.

Bu barədə “Report” quruma istinadən məlumat verir.

Bildirilir ki, bu mərhələdə 300-dən çox Azərbaycan aviatoru qanvermə aksiyasında iştirak edib.

Qanın verilməsi xüsusi cədvələ əsasən, karantin rejiminin tələblərinə riayət olunmaqla həyata keçirilib.

Qeyd edək ki, könüllü qanvermə aksiyası irsi qan xəstəliklərindən, xüsusən talassemiyadan əziyyət çəkən insanlara kömək etmək məqsədilə Heydər Əliyev Fondu tərəfindən başlanıb.

Son xəbərlər

Orphus sistemi