AZAL 197 azərbaycanlını Moskvadan Vətənə gətirdi

AZAL 197 azərbaycanlını Moskvadan Vətənə gətirdi İyulun 19-da axşam saatlarında AZAL Moskvadan daha bir çarter reysi həyata keçirmişdir.
Biznes
19 İyul , 2020 22:33
AZAL 197 azərbaycanlını Moskvadan Vətənə gətirdi
0 : 00
0 : 00

İyulun 19-da axşam saatlarında AZAL Moskvadan daha bir çarter reysi həyata keçirib.

AZAL-dan “Report”a verilən məlumata görə, 197 nəfər Azərbaycan vətəndaşı Rusiyanın paytaxtından Bakıya gətirilib.

Reysə COVID-19 testinin mənfi nəticəsini bildirən arayış təqdim edən sərnişinlər buraxılıb. Bakıya gəldikdən sonra bütün sərnişinlər iki həftə müddətində özünütəcrid rejimində olmalıdırlar.

Xatırladaq ki, çarter reysləri Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən hazırlanmış plana əsasən həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi