AZAL: Aviabiletlərin ödənişsiz təxsis edilməsi müddəti uzadılıb

AZAL: Aviabiletlərin ödənişsiz təxsis edilməsi müddəti uzadılıb COVID-19 koronavirus infeksiyası pandemiyasının davam etməsi, habelə Azərbaycan Hava Yolları və Buta Airways aviaşirkətlərinin uçuşlar yerinə yetirdiyi ölkələrin sərhədlərinin bağlanması ilə əlaqədar, 2020-ci ilin 15 iyun tarixinədək (15 iyun daxil olmaqla) uçuş tarixi ilə aviabiletlərin ödənişsiz təxsis edilməsi müddəti uzadılıb.
Biznes
23 May , 2020 19:01
AZAL: Aviabiletlərin ödənişsiz təxsis edilməsi müddəti uzadılıb

COVID-19 koronavirus infeksiyası pandemiyasının davam etməsi, habelə "Azərbaycan Hava Yolları" və "Buta Airways" aviaşirkətlərinin uçuşlar yerinə yetirdiyi ölkələrin sərhədlərinin bağlanması ilə əlaqədar, 2020-ci ilin 15 iyun tarixinədək (15 iyun daxil olmaqla) uçuş tarixi ilə aviabiletlərin ödənişsiz təxsis edilməsi müddəti uzadılıb.

"Azərbaycan Hava Yolları"ndan "Report"a verilən məlumata görə, alternativ olaraq, sərnişinlərə aviabiletin dəyərinə bərabər olan vauçerlər və ya pul vəsaitinin qaytarılması təklif olunur.

Pul vəsaitinin qaytarılması aviaşirkətin fəaliyyəti bərpa olunduqdan sonra 60 gün ərzində həyata keçiriləcək.

Son xəbərlər

Orphus sistemi