​Azərbaycan kənd təsərrüfatı texnikasının lizinqi ilə bağlı yeni güzəştlər tətbiq edib

​Azərbaycan kənd təsərrüfatı texnikasının lizinqi ilə bağlı yeni güzəştlər tətbiq edib Güzəştlər 5 il müddətində qüvvədə olacaq
Biznes
15 Avqust , 2014 09:49
​Azərbaycan kənd təsərrüfatı texnikasının lizinqi ilə bağlı yeni güzəştlər tətbiq edib

Bakı. 15 avqust. REPORT.AZ/ Azərbaycan Nazirlər Kabineti "Aqrolizinq" ASC tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya güzəştlərin tətbiq edilməsi barədə qaydaları  təsdiqləyib.

Nazirlər Kabinetindən Report-a bildirilib ki, qərar qüvvəyə mindikdən sonra kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən "Aqrolizinq" ASC-dən lizinqə götürülmüş, habelə Yaponiya hökumətinin 2KR Proqramı çərçivəsində (dəyərinə güzəşt tətbiq edilmiş qrant hesabına alınan texnika istisna olmaqla) alınan və icarəyə verilən özüyeriyən, asılan və qoşulan kənd təsərrüfatı texnikasına həmin texnikanın qalıq dəyəri həcmində, lakin onların ilkin dəyərinin 40 faizindən yuxarı olmamaq şərtilə, "Aqrolizinq" ASC-nin zərəri hesabına güzəşt tətbiq ediləcək.

Qaydalara əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən "Aqrolizinq" ASC-dən lizinqə götürüləcək və satın alınacaq özüyeriyən, asılan və qoşulan kənd təsərrüfatı texnikasının ilkin dəyərinin 20 faizi ödənildikdə, dövlət büdcəsinin vəsaiti hesabına onların ilkin dəyərinin 40 faizi həcmində güzəşt tətbiq ediləcək.

Qaydalarda nəzərdə tutulan kənd təsərrüfatı texnikasının güzəşt məbləği çıxıldıqdan və qalıq dəyəri tam ödənildikdən sonra texnika kənd təsərrüfatı məhsulları istehsalçılarının mülkiyyətinə veriləcək.

Qeyd edək ki, bu qərar 5 il müddətində qüvvədə olacaq.

Son xəbərlər

Orphus sistemi