Avstraliya hökuməti “Google”la bağlı xəbərdarlıq edib

Avstraliya hökuməti “Google”la bağlı xəbərdarlıq edib Avstraliyanın antiinhisar qurumu - Rəqabət və İstehlak Komissiyası (ACCC) ABŞ-ın texnologiya nəhəngi “Google” şirkətinin fitnes məhsulları istehsalçısı “Fitbit”i 2,1 milyard ABŞ dollarına almaq planları ilə bağlı xəbərdarlıq edib.
Biznes
18 İyun , 2020 11:31
Avstraliya hökuməti “Google”la bağlı xəbərdarlıq edib

Avstraliyanın antiinhisar qurumu - Rəqabət və İstehlak Komissiyası (ACCC) ABŞ-ın texnologiya nəhəngi “Google” şirkətinin fitnes məhsulları istehsalçısı “Fitbit”i 2,1 milyard ABŞ dollarına almaq planları ilə bağlı xəbərdarlıq edib.

“Report” bu barədə “Reuters” agentliyinə istinadən xəbər verir. 

Məlumata görə, Komissiya bu əməliyyatın Avstraliyanın reklam bazarında rəqabət mühitini pozacağından narahat olduğunu ifadə edib. 

“Fitbit"in alınması "Google"a daha geniş istifadəçi məlumatları toplusu yaratmağa imkan verəcək, şirkətin bazardakı mövqeyini daha da möhkəmləndirəcək və potensial rəqiblərinə maneələri artırmasına imkan verəcək”- deyə ACCC-nin sədri Rod Sims bildirib.

Hazırda Komissiya bununla bağlı araşdırma aparır və nəticələri avqustun 13-də elan edəcək. 

Sözügedən sövdələşmə ilə bağlı ABŞ-ın Ədliyyə Nazirliyi və Avropa Komissiyası da araşdırma apardıqlarını bəyan edib. 

Son xəbərlər

Orphus sistemi