Avropa İttifaqı Qarabağda reallaşdırılacaq layihələri dəstəkləyə bilər

Avropa İttifaqı Qarabağda reallaşdırılacaq layihələri dəstəkləyə bilər “Azərbaycanın işğaldan azad edilmiş əraziləri təhlükəsiz olsa, yaşayış, gediş-gəliş təmin edilsə, Avropa İttifaqı (Aİ) orada reallaşdırılacaq layihələri maliyyələşdirə bilər".
Biznes
29 Yanvar , 2021 12:45
Avropa İttifaqı Qarabağda reallaşdırılacaq layihələri dəstəkləyə bilər

“Azərbaycanın işğaldan azad edilmiş əraziləri təhlükəsiz olsa, yaşayış, gediş-gəliş təmin edilsə, Avropa İttifaqı (Aİ) orada reallaşdırılacaq layihələri dəstəkləyə bilər".

“Report” xəbər verir ki, bunu Aİ-nın Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Kestutis Yankauskas təmsil etdiyi qurumun maliyyələşdirdiyi "Telişli ekomiqrant icmasında bazar rəqabətli gəlir mənbələrinin formalaşması üçün kənd təsərrüfat təşəbbüsləri" layihəsinin nəticələrinin təqdimatında deyib.

"Aİ Qarabağ münaqişəsinin hərtərəfli həlli, orada bərpa işlərinin aparılması, ümumiyyətlə qarşılqılı etimadın qurulması istiqamətində bütün təşəbbüsləri dəstəkləyir: Biz başa düşürük ki, bütün bunların icrası üçün vaxt lazımdır. Hər şey qısa müddətdə baş verməyəcək. İnsanların həmin ərazilərə qayıtması çox vacibdir. Bu təmin edildikdən sonra bu layihələrin orda keçirilməsi mümkün ola bilər. Biz bu istiqamətdə Azərbaycanla işləməyə, layihələri dəstəkləməyə hazırıq”, - o qeyd edib.

Son xəbərlər

Orphus sistemi