Avropa İttifaqı ölkələrində avtomobil satışı sentyabrda 23 %-dən çox azalıb

Avropa İttifaqı ölkələrində avtomobil satışı sentyabrda 23 %-dən çox azalıb Bu ilin yanvar-sentyabr aylarında Avropa İttifaqında 7 526,6 min yeni avtomobil satılıb.
Biznes
15 Oktyabr , 2021 13:37
Avropa İttifaqı ölkələrində avtomobil satışı sentyabrda 23 %-dən çox azalıb

Bu ilin yanvar-sentyabr aylarında Avropa İttifaqında 7 milyon 526,6 min yeni avtomobil satılıb.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Avropa Avtomobil İstehsalçıları Birliyi (ACEA) məlumat yayıb.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,6 % çoxdur.

Avtomobil satışının 718,6 min ədəd sentyabr ayının payına düşüb. Bu isə 1 il əvvələ nisbətən 23,1 % azdır. O cümlədən ötən ay avtomobil satışı İtaliyada 32,7 % azalaraq 105,2 min ədəd, Almaniyada 25,7 % azalaraq 197 min ədəd, Fransada 20,5 % azalaraq 133,8 min ədəd, İspaniyada 15,7 % azalaraq 59,6 min ədəd olub.

Sentyabrda Avropada ən çox yeni avtomobil satan şirkət Almaniyanın “VW Group” konserni olub - 156,2 min ədəd. Onu 148,3 min ədədlə Niderlandın “Stellantis Group” və 86,2 min ədədlə Fransanın “Renault Group” şirkətləri izləyib.

Son xəbərlər

Orphus sistemi