Avropa İttifaqı Çin ilə investisiya müqaviləsi üzrə danışıqları yekunlaşdırıb

Avropa İttifaqı Çin ilə investisiya müqaviləsi üzrə danışıqları yekunlaşdırıb Avropa İttifaqı və Çin investisiya razılaşmasının prinsipləri barədə razılığa gəliblər
Biznes
30 Dekabr , 2020 18:01
Avropa İttifaqı Çin ilə investisiya müqaviləsi üzrə danışıqları yekunlaşdırıb

Avropa İttifaqı və Çin investisiya razılaşmasının prinsipləri barədə razılığa gəliblər.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Aİ rəsmiləri 2013-cü ildən bəri planlaşdırılan müqavilənin 2022-ci ildə qüvvəyə minəcəyini söyləyiblər. Anlaşmanın detalları ilə bağlı danışıqlar yaxın aylarda davam edəcək.

“Avropa İttifaqı və Çin investisiya razılaşmasının prinsipləri barədə razılığa gəlib. Razılaşma ilə Çinin avtomobildən telekommunikasiyaya qədər bir çox bazarı xarici investorlara açılacaq”, - deyə Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen açıqlayıb.

Qeyd edək ki, 2019-cu ildə Çin Aİ-nın ikinci ən böyük ticarət tərəfdaşı olmuşdu.

Son xəbərlər

Orphus sistemi