Avropa İttifaqının ABŞ-la ticarətindəki müsbət saldo artıb

Avropa İttifaqının ABŞ-la ticarətindəki müsbət saldo artıb Bu ilin yanvar-avqust aylarında Avropa İttifaqı (Aİ) ölkələrinin ABŞ-a ixracının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 11,45% artaraq 295,9 milyard avroya, ABŞ-dan idxalı isə 10,5% artaraq 193,2 milyard avroya çatıb.
Biznes
17 Oktyabr , 2019 17:28
Avropa İttifaqının ABŞ-la ticarətindəki müsbət saldo artıb

Bu ilin yanvar-avqust aylarında Avropa İttifaqı (Aİ) ölkələrinin ABŞ-a ixracının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 11,45% artaraq 295,9 milyard avroya, ABŞ-dan idxalı isə 10,5% artaraq 193,2 milyard avroya çatıb. 

"Report" xəbər verir ki, bu barədə Avropa Statistika İdarəsi ("Eurostat") məlumat yayıb.

Bildirilib ki, son nəticədə Aİ-nin ABŞ-la ticarətindəki müsbət saldo 102,7 milyard avro təşkil edib ki, bu da illik müqayisədə 13,35% çoxdur. 

Əvəzində son 1 ildə Aİ-nin Çinlə ticarətindəki mənfi saldo 9,55% artaraq 127,4 milyard avroya çatıb. 

Son xəbərlər

Orphus sistemi