Avropa İttifaqı böyük işsizlik dalğasına düçar ola bilər

Avropa İttifaqı böyük işsizlik dalğasına düçar ola bilər Yaxın vaxtlarda Avropa İttifaqının 27 üzv ölkəsində 30 milyondan artıq adam iş yerlərini itirə bilər.
Biznes
20 May , 2020 19:09
Avropa İttifaqı böyük işsizlik dalğasına düçar ola bilər

Yaxın vaxtlarda Avropa İttifaqının 27 üzv ölkəsində 30 milyondan artıq adam iş yerlərini itirə bilər.

“Report” xəbər verir ki, bu barədə keçirdiyi onlayn brifinqdə İttifaqın iş yerləri və sosial hüquqlar üzrə komissarı Nikolas Şmit bildirib.

O, iş yerlərini itirən şəxslərin hazırda qismən məşğulluq vəziyyətində olduqlarını diqqətə çatdırıb:

“Təcili tədbirlər görülməsə, qismən məşğulluq tam bir işsizliklə əvəzlənə bilər. ABŞ işsizliklə bağlı vəziyyətin cəmi bir ay ərzində partlayışa düçar olduğunu bizə əyani göstərdi. Avropa belə bir şeyə yol verə bilməz”.

Komissarın fikrincə, hazırda gənclər (Avropa standartlarına görə 29 yaşadək) arasında işsizliklə mübarizəyə  başlıca diqqət yetirilməlidir. Belə ki, hazırda Avropa ölkələrində gənclər arasında işsizlik 50 faiz səviyyəsindədir.

Xatırladaq ki, ötən gün Avropa İttifaqı Şurası koronavirus dövründə məşğulluğun dəstəyinə dair müvəqqəti mexanizmi (SURE) təsdiqləyib. Bu mexanizm çərçivəsində üzv ölkələrə 100 milyard avro məbləğində kreditlər veriləcək və həmin vəsait işçilərinin ən azı bir qismini işdən çıxartmaqdan çəkindirmək üçün işəgötürənlərə güzəştli kreditlərə sərf ediləcək.

Son xəbərlər

Orphus sistemi