Avropa dizel avtomobillərindən imtina edə bilər

Avropa dizel avtomobillərindən imtina edə bilər Avropalı istehsalçılar sürətlə elektrikli və hibrid istehsalına investisiya qoymağa məcbur olublar
Biznes
26 İyul , 2017 20:31
Avropa dizel avtomobillərindən imtina edə bilər

Bakı. 26 iyul. REPORT.AZ/ Bu gün Almaniyanın "Wolkswagen" avtomobil şirkətinin direktorlar şurası önlara qarşı qaldırılmış yeni ittihamları müzakirə etmək üçün toplaşacaq. 

"Report" "Expert.ru" saytına istinadən xəbər verir ki, "dizelqeyt"in yeni mərhələsi Avropada dizel yanacağı və motorlarından istifadənin sonuna gətirib çıxara bilər.

Qeyd edək ki, 2015-ci ildə başlayan dizel skandalı cəmiyyətin bu yanacaq növünə olan münasibətini dəyişib. Əgər əvvəllər avropalılar ABŞ-da başlayan dizel skandalını müvəqqəti rəqabət problemi kimi görürdülərsə, hazırda onlar dizel yanacağının onların sağlamlıqlarında zərər verdiklərinə inanmağa başlayıblar. Məhz bu səbəbdən ilin ilk yarısında Böyük Britaniyada dizel mühərrikli avtomobillərin satışı 10%, Almaniyada 9%, Fransada isə 7% azalma göstərib. Ajiotaj o qədər böyüyüb ki, dizel problemi siyasi məsələyə çevrilib. Avqust ayında Almaniya siyasətçiləri və avtoimobil şirkətləri nümayəndələrinin Berlində sammit keçirəcəkləri gözlənilir. Xatırladaq ki, hazırda Avropada satılan avtomobillərin yarısından çoxunu dizel mühərrikli avtomobillər təşkil edir. Lakin, avropalılar dizel yanacağının təmiz olması barədə açıqlamaların həqiqətə uyğun olmadığını, bu yanacaq növünün astma və ağciyər xəstəliklərinə səbəb olmasına inanmağa başlayıblar.

Avropalı alıcılar gələcəkdə dizel mühərrikli avtomobillərin hərəkətinə qadağa qoyulacağı təhlükəsi ehtimalı ilə kütləvi şəkildə bu növ nəqliyyat vasitələrinin alışından imtina etməyə başlayıblar. Avropalı avtomobil istehsalçılarının dizelə üstünlük vermələri, onların elektrikli və hibrid avtomobil istehsalına investisiya qoymaq strategiyalarının inkişaf etməsinə mane olub. İndi isə onlar sürətlə bu buraxılan səhvi düəzltmək məcburiyyətindədirlər. 

Son xəbərlər

Orphus sistemi