ATİB-in sədri: “Qarabağda Davosdakı kimi forum keçirilməlidir”

ATİB-in sədri: “Qarabağda Davosdakı kimi forum keçirilməlidir” “Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin inkişafı üçün burada peşə məktəblərinin yaradılması vacibdir”.
Biznes
3 Dekabr , 2021 15:39
ATİB-in sədri: “Qarabağda Davosdakı kimi forum keçirilməlidir”

“Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin inkişafı üçün burada peşə məktəblərinin yaradılması vacibdir”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyətinin sədri Camal Yanğın Bakıda keçirilən “UNEC İqtisadi Forumu”nda deyib.

O həmçinin bildirib ki, Qarabağda rəqabətqabiliyyətli biznesin formalaşması çox önəmlidir.

“Qarabağda konqres mərkəzlərinin yaradılmasını təklif edirəm. İsveçrədə Davos Dünya İqtisadi Forumu keçirilir, lakin heç kim bu forumun hansı ölkədə keçirildiyini demək olar ki, bilmir, hamı şəhəri tanıyır, ona görə də Qarabağda Davosdakı kimi forum keçirilməlidir”, - deyə C.Yanğın əlavə edib.

Son xəbərlər

Orphus sistemi