"Ata Holding" ötən ili mənfəətlə başa vurub

"Ata Holding" ötən ili mənfəətlə başa vurub "Ata Holding" MMC 2019-cu ili 32,7 milyon manat xalis mənfəətlə başa vurub. Halbuki, şirkətlər qrupu 2018-ci ildən 8,7 milyon manat xalis zərərlə çıxmışdı
Biznes
248
7 İyul , 2020 09:47
Ata Holding ötən ili mənfəətlə başa vurub

"Ata Holding" MMC 2019-cu ili 32,7 milyon manat xalis mənfəətlə başa vurub. Halbuki, şirkətlər qrupu 2018-ci ildən 8,7 milyon manat xalis zərərlə çıxmışdı.

"Report" xəbər verir ki, ötən il "Ata Holding"in satışdan gəlirləri 25,6 milyon manat (əvvəlki ilə nisbətən 18% az), satışının maya dəyəri 6,4 milyon manat (38,4% çox), təkrarsığorta xərcləri 1,2 milyon manat (11,6% çox), sığorta ödənişləri 14,5 milyon manat (38,8% çox), sığorta ehtiyatlarındakı dəyişiklik hesabına gəlirləri 5,7 milyon manat (26,3% az), əməliyyat xərcləri 19,5 milyon manat (2,4% çox), maliyyə gəlirləri 43,1 milyon manat (14,35 dəfə çox), mənfəət vergisi ödəmələri isə 72 min manat (2% çox) təşkil edib.

Bu il yanvarın 1-nə "Ata Holding"in aktivləri 85,8 milyon manat olub ki, bu da illik müqayisədə 11,3% azdır. Hesabat dövründə şirkətlər qrupunun öhdəlikləri 12,3% azalaraq 25,7 milyon manata, balans kapitalı isə 10,8% azalaraq 60,2 milyon manata, o cümlədən nizamnamə kapitalı isə 49,9% və yaxud təxminən 2 dəfə azalaraq 40,1 milyon manata düşüb.

Xatırladaq ki, "Ata Holding" 2003-cü ildə yaradılıb.

Orphus sistemi