Astarada KOB dostu fəaliyyətə başlayıb

Astarada KOB dostu fəaliyyətə başlayıb Astara rayonunda İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sayca 4-cü KOB dostu fəaliyyətə başlayıb.
Biznes
28 dekabr 2021 10:45
Astarada KOB dostu fəaliyyətə başlayıb

Astara rayonunda İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sayca 4-cü KOB dostu fəaliyyətə başlayıb.

"Report" Agentliyə istinadən xəbər verir ki, bununla da qurumun KOB dostu şəbəkəsi Astara da daxil olmaqla 29 şəhər və rayonu əhatə edib.

Bu gün KOBİA-nın təşkilatçılığı, Astara Rayon İcra Hakimiyyətinin, sahibkarların və onlara xidmət göstərən müvafiq qurumların nümayəndələrinin iştirakı ilə KOB dostu rayonun biznes ictimaiyyətinə təqdim edilib. Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov KOB dostu mexanizmi barədə məlumat verib, qeyd edib ki, Astara və ətraf şəhər və rayonlarda fəaliyyət göstərən mikro, kiçik və orta biznes subyektləri sahibkarlıq fəaliyyəti ilə bağlı KOB dostuna müraciət edə bilərlər. KOB dostu rayonda yeni sahibkarlıq subyektlərinin yaranmasına, mövcud KOB-ların inkişafına dövlət dəstəyini, o cümlədən KOBİA-nın xidmətlərini təmin edəcək. KOB dostu həmçinin sahibkarların maraqlarının müdafiəsi və onların qarşılaşdıqları çətinliklərin həlli, eləcə də biznes subyektlərinin inkişaf ehtiyaclarını və təkliflərini sorğular vasitəsilə öyrənəcək.

Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev KOB dostunun Astarada fəaliyyətə başlamasının rayonda sahibkarlığın inkişafına, yeni biznes subyektlərinin yaranmasına öz töhfəsini verəcəyini vurğulayıb.

Tədbirdə KOBİA-nın sahibkarlara göstərdiyi dəstək və xidmətlər, KOB dostu mexanizmi ilə bağlı filmlər nümayiş olunub, sahibkarların sualları cavablandırılıb.

Sonra tədbir iştirakçıları Astara Heydər Əliyev Mərkəzində yerləşən KOB dostu ofisində sahibkarların qəbulu, onlara dəstək və xidmətlərin göstərilməsi üçün yaradılmış şəraitlə tanış olublar. KOB dostu ofisində “KOB könüllüləri” də fəaliyyət göstərəcək.

Həmin gün KOBİA-nın nümayəndələri Biləsuvar rayonunda KOB İnkişaf Mərkəzinin (KOBİM) fəaliyyəti ilə tanış olublar. Masallı-Cəlilabad-Biləsuvar KOBİM ölkənin 21 şəhər və rayonunda fəaliyyət göstərən KOB inkişaf mərkəzlərindən biridir. Digər KOBİM-lərdə olduğu kimi, burada sahibkarların, startapların və biznesə yeni başlamaq istəyən şəxslərin sahibkarlıq sahəsində biliklərinin və məlumatlığının artırılması üçün təlimlər keçirilir, məsləhət və digər xidmətlər göstərilir. Bütün xidmətlər ödənişsizdir.

Son xəbərlər

Orphus sistemi